SİZİN REKLAM BURADA!
055 213 76 73


Çində koronavirusun yeni növünə yoluxanların sayı 31,1 mini ötüb, bu xəstəlikdən 636 nəfər ölüb, 1540 nəfər sağalıb.

BAKU.WS xəbər verir ki, Çində 186 mindən çox insan karantindədir.

Ən çox yoluxma halı (22,1 min) Xubey əyalətindədir. Orada 618 nəfər ölüb, 817 insan sağalıb. Xəstələrlə təmasda olmuş 64 mindən çox insan həkimlərin daim nəzarətindədir.

Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusdan ölüm halı qeydə alınmayıb, müvafiq olaraq 70 və 91 nəfər sağalıb.

Pekində 274 nəfər yoluxub, 1 nəfər ölüb. Xeyluntszyan əyalətində 227 nəfər yoluxub, 3 nəfər ölüb, Daxili Monqolustan Muxtar Rayonunda 46 nəfər yoluxub. Xəstəliyin əlamətlərinin müşahidə edildiyi, lakin diaqnozun qoyulmadığı 24,7 mindən çox insan həkimlərin nəzarəti altındadır.

BAKU.WS
VİDEO