SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın sərnişin təyyarəsinin İranda qəzaya uğramasının səbəbi məlum olub.

BAKU.WS xəbər verir ki, Tehran hava limanının nümayəndəsi İRNA-ya bildirib ki, təyyarənin mühərrikində yanğın baş verib.

İranın Fövqəladə Hallar Departamentinin rəhbəri də öz növbəsində agentliyə deyib ki, qəza texniki səbəbdən baş verib, başqa variant yoxdur.

Hələlik "qara qutu"nun tapılması ilə bağlı heç bir məlumat verilmir.

Bundan əlavə İranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsinin praktik olaraq yeni olduğu açıqlanıb.

Kiyevə uçan Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Təyyarədə olan 167 sərnişin və 9 ekipaj üzvünün hamısı həyatını itirib.

BAKU.WS
VİDEO

QALEREYA