İranda qəzaya uğrayan təyyarədə azərbaycanlılar olub? - RƏSMİ AÇIQLAMA

İranda qəzaya uğrayan təyyarədə azərbaycanlılar olub? - RƏSMİ AÇIQLAMA
Siyasət 993

“Azərbaycanın Tehrandakı Səfirliyindən verilən ilkin məlumata görə, İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında vətəndaşlarımızın olması ilə bağlı məlumat daxil olmayıb”.

BAKU.WS xəbər verir ki, bunu report-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzada 180 nəfərin öldüyü bildirilir.

Son xəbərlər