SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimal Atlantika Alyansı kosmosa silah çıxarılmadan fəzada operativ fəaliyyətə başlamaq barədə qərar qəbul edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Brüsseldə NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlikləri başçılarının görüşünün nəticəsi ilə bağlı keçirilən mətbuat konfransında alyansın baş katibi Yens Stoltenberq bildirib.

"Bu gün biz daha bir əhəmiyyətli qərarı qəbul etdik. Razılaşdıq ki, kosmos əməliyyatların keçirilməsi üçün yeni sfera olmalıdır", - o deyib.

"Amma biz kosmosda silahı inkişaf etdirmək niyyətində deyilik, NATO müdafiə təşkilatıdır", - Stoltenberq əlavə edib.

Bununla yanaşı, Stoltenberq vurğulayıb ki, kosmos yalnız dinc məqsədlərlə yox, həm də təcavüzkarlara qarşı istifadə edilə bilər.

"Kosmos bizim Yer kürəsində gündəlik həyatımızın bir hissəsidir. O, həm dinc məqsədlər üçün, həm də təcavüzkarlara qarşı istifadə edilə bilər", - NATO-nun baş katibi qeyd edib.

BAKU.WS