SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Dövlət Departamentinin Münaqişə Əməliyyatları və Stabilizasiya Bürosunda katib köməkçisi olan Mina Çanq təhsil aldğı universitetlərlə bağlı yalan danışdığı üçün istefa verib.

BAKU.WS xəbər verir ki, Çanq hətta fotomontajla özünü "Time" jurnalının üz qabığına da çıxarıb.

Ötən həftə Vaşinqtonda geniş müzakirələrə səbəb olan hadisəni ABŞ-da fəaliyyət göstərən NBC televiziyası üzə çıxarıb.

35 yaşlı Mina Çanq buna qədər iddia edib ki, məşhur Harvard Universitetinin məzunudur.Ancaq universitet rəhbərliyi Çanqın sadəcə 2016-cı ildə 7 həftəlik bir seminarda iştirak etdiyini təsdiqləyib.

Bundan başqa keçmişdə Ordu Müharibə Kollecində təhsil aldığını bildirən siyasətçinin təhsil ocağında yalnız 4 günlün seminarda iştirak etməsi məlum olub.

Mina Çanq həmçinin Cənubi Metodist Universitetini bitirdiyini iddia etsə də, universitet rəhbərliyi bunu inkar edib.

Məsələnin ictimailəşməsindən sonra Mina Çanq ABŞ-ın Dövlət katibi Mayk Pompeoya istefa ərizəsi ilə müraciət edib: "İstefa təslim olmaq deyil, etiraz kimi qəbul edilməlidir. Çünki ölkəmə olan sevgi, xidmət və həqiqətə sadiqlikdən imtina etməyəcəm".

BAKU.WS
QALEREYA