Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Ağcəbədidə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Video
Sosial 40

Ağcəbədi rayonu, Aşağı Avşar kəndində fəaliyyət göstərən fərdi sahibkar Qənbərov Gülmalı Gəncalı oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı məlum olub ki, maye qazdoldurma məntəqəsində quraşdırılmış iki ədəd maye qaz çəninin üzərində olan qoruyucu klapanların dövri yoxlaması aparılmayıb, həmçinin sözügedən çənlərin texniki baxışı keçirilməyib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər