Türkiyə və Rusiyanın S-400-lə bağlı fikir ayrılığı yaranıb
14
noy
2019
16:04
Rusiyadan Türkiyəyə "Triumf" S-400 zenit-raket kompleksinin növbəti tədarükü, texnologiyanın ötürülməsi məsələsində tərəflər arasındakı fikir ayrılığına görə təxirə salına bilər.BAKU.WS xəbər verir ki, bu barədə "Defense News" Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin baş katibi İsmayıl Demirin açıqlamasına istinadən məlumat yayıb. Onun sözlərinə görə, texniki işlər davam edir: “Gələn il üçün bir cədvəl planlaşdırırıq. Birinci partiyadan fərqli olaraq, ortaq istehsal və texnologiya ötürülməsi var. Bu, ilk sistem “tez alaq və quraşdıraq” məsələsindən kənara çıxır”.Ekspertlər istisna etmir ki, S-400 raketlərinin növbəti tədarükünün təxirə salınması, Ankara və Vaşinqton arasındakı əlaqələrin yumşaldılması məqsədi ilə əvvəlcədən planlaşdırıla bilər. Çünki Amerika NATO üzvlərindən heç birində Rusiyanın hərbi texnikasını görmək istəmir.
Oxşar xəbərlər
“NATO Türkiyəni dəstəkləməyə davam edəcək” - Stoltenberq
İstanbulda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir k...