Zərdüşt Əlizadə: “Bu məntiqlə Ermənistan 20-30 ildən sonra yox olmalıdır”

Zərdüşt Əlizadə: “Bu məntiqlə Ermənistan 20-30 ildən sonra yox olmalıdır”
Siyasət 776
“Qarabağ münaqişəsi “üç nəslin qarşıdurmasının tipik bir hadisəsidir. Yəni baş vermiş döyüşlərin şiddətinin və qurbanların itkisi ilə bağlı ağrının gərginliyinin aradan qalxması üçün ən azı üç nəsil dəyişməlidir”.BAKU.WS verir ki, bu açıqlamanı Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin müşaviri, Sergey Stankeviç edib.O, həmçinin iddia edib ki, Rusiya və Türkiyə əlaqələrinin dərinləşməsi sonda Ankaranın NATO-dan çıxması ilə nəticələnə bilər. Rusiyanın sabiq prezidentinin müşavirinin fikirlərini şərh etmək üçün ekspertə müraciət etdik. Politoloq Zərdüşt Əlizadə BAKU.WS-ə açıqlamasında bildirib ki, Stankeç savadlı olsa da, Rusiyanın dərin şəxsi hesab edilmir: “Əvvəla onu deyim ki, Stankeviç 1992-ci illərin əvvəllərində həqiqətən yüksək post tutub. Sonradan sübut olunmuş rüşvət ittihamı ilə mühakimə olundu. Həbsdən çıxandan sonra bir müddət gözə görünmədi. Hazırda federal düşərgənin nümayəndəsi kimi bütün forumlarda iştirak edir. Savadlı adamdır, özünü Qərb dəyərlərinin müdafiəçisi kimi göstərsə də, amma nəticədə rus liberalıdır və bunu müdafiə edir. Mənim ona münasibətim tam mənfidir və onu dərin adam saymıram. Onun öncəgörmələrini ciddi qəbul etmirəm. Yeni nəsillərin dəyişməsi fikri əslində Rusiyanın arzusudur. Moskva istəmir ki, Dağlıq Qarabağ problemi həll edilməsin. Mümkün qədər on illər, yüz illər bu problem davam etsin. Nəticədə Qarabağ aləti vasitəsilə Cənubi Qafqaz nəzarətdə saxlanılsın. Bu o deməkdir ki, Cənubi Qafqaz xalqları həqiqətən suveren ola bilməyəcəklər. Həmin xalqlar Rusiyanın nəzarəti altında qalacaqlar. Bunu təxmin etmək olar ki, 10 milyonluq Azərbaycan mövcud vəziyyətə dözə bilər, ancaq 1,5 milyonluq və mütəmadi geriləyən Ermənistan buna dözə bilməyəcək. Stankeviçin təxmininə əsasən, Ermənistan onda 20-30 ildən sonra yox olmalıdır. Əgər münaqişənin bir tərəfi yoxa çıxırsa, digəri tərəfi qalib olur”. Politoloq daha sonra qeyd edib ki, Ankaranın NATO-nu tərk etməsi heç bir halda qəbuledilməzdir: “Türkiyənin NATO-nu tərk etməsinə gəlincə, bu ölkə kifayət qədər oturuşmuş, siyasi qərarları yetkin dövlətdir. Ankara heç vaxt Türkiyə Resublikasının böyük siyasi dayağı olan NATO-dan öz xoşu ilə çıxmaz. Əks halda da onu heç kəs bu qurumdan çıxara bilməz. Türkiyə NATO-nun möhtərəm bir üzvüdür və hərbi alyansa çox lazımdır. Ankranın NATO-nun digər üzvlərindən fərqli fikirlərə sahib olmasına gəlincə, bu demokratik düşüncələrdən irəli gəlir. Qərbdə demokratik qaydadır ki, hər kəsin öz rəyi var. Bu o demək deyil ki, kimsə qurumu tərk etməlidir və ya hansısa ölkə qurumdan çıxarılmalıdır. Hər bir ölkənin rəyi olur, Ankara da öz dövlət maraqlarını istədiyi kimi müdafiə edir.Türkiyənin Rusiyadan “S-400” RƏM sisteminin alınmasının konkret səbəbi olub. Bu ona görə baş verib ki, ABŞ tərəfi Türkiyəyə “Patriot” raketlərin satmaqdan imitna edirdi. Buna cavab olaraq da, Ankara Rusiyadan RƏM sistemini aldı. ABŞ-ın “F-35” təyyarələrinə alternativ olaraq Rusiyadan “Su-57” və digər təyyarələrin alınması əslində kommersiya fəndidir. Türkiyə Birləşmiş Ştatlara açıq şəkildə göstərir ki, əgər Vaşinqton “F-35” məsələsində də eyni mövqe göstərsə, yenə alternativ var və Rusiyaya üz tutulacaq. Türkiyənin Rusiyadan alacağı təyyarələr yaxın on ildə mümkün müharibə şəraitində çox uğurlu istifadə edilə bilər. Bu da var ki, “F-35”in bir çox mühüm hissələrini Türkiyə özü istehsal edir və Amerikaya verir. Bu baxımdan ABŞ-a əl verir ki, həmin təyyarələri Türkiyəyə satsın. Onu da deyim ki, “F-35”lərin məhdud sayı Türkiyə Hava Qüvvələrində var. Lakin müqavilədə göstərilən sayda deyil. Fikrimcə, ABŞ öz inadından dönüb bu təyyarələri Türkiyəyə satmaqda davam edəcək”. Orxan Hüseyn

Son xəbərlər