Amerikalı senator qondarma erməni soyqırımı qanun layihəsinə blok qoydu

14
noy
2019
12:22
ABŞ Senatında cümhuriyyətçi senator Lindsi Qraham Senat tərəfindən 1915-ci il hadisələrinin soyqırım olaraq tanınmasını nəzərdə tutan qanun layihəsinə blok qoyub.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Senatda demokrat Bob Mendendez qanun layihəsinin səsverməyə çıxarılmasını tələb edib.Qraham isə buna qarşı çıxıb:“Senatorlar tarixi yenidən yazmamalıdır və onu olduğundan fərqli göstərməməlidir. Ümid edirəm Türkiyə və Ermənistan bir araya gələr və bu problemi həll edərlər”.Qraham həmçinin bundan öncəki səsvermənin keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinin gələcəyinə baxaraq edildiyini də bildirib.Qeyd edək ki, ABŞ Senatında hər hansı senator qanun layihələrinin səsverməsinə qarşı çıxaraq onu blok edə bilir.
Oxşar xəbərlər
ABŞ Dövlət Departamenti "erməni soyqırımı"nı tanımaqdan imtina etdi
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Nümayəndələr Palatasının qondarma erməni soyqırımının tanınması və Türkiyəyə qarşı sanksiya tətbiq edilməsi ilə b...
