Türkiyə və ABŞ terrorçuların Suriyanın şərqində tamamilə yox edilməsi mövzusunda ortaq qərar qəbul ediblər.

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti ilə görüşdən sonra ABŞ-ın vitse prezidenti Mayk Pens açıqlama verib.

Onun sözlərinə görə, Türkiyə Suriyanın Şərqində həyata keçirdiyi "Barış Pınarı" antiterror hərəkatını 120 saatlıq dayandırmağa razılıq verib. Bu müddət ərzində isə Amerika YPG-nin həmin bölgədən geri çəkilməsini təmin edəcək.

Qeyd edək ki, bu Türkiyə Prezidenti R.T.Ərdoğanın “Barış Pınarı” hərəkatının dayandırılması üçün irəli sürdüyü əsas şərt idi.

Xatırladaq ki, Amerika Prezidenti Donald Tramp da Türkiyə prerzidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə Ağ Ev rəhbəri bildirib. 
BAKU.WS