7 dəqiqə ölü qalan ABŞ-li alim o biri dünyada nə gördüyünü danışdı

7 dəqiqə ölü qalan ABŞ-li alim o biri dünyada nə gördüyünü danışdı
Dünya 89

ABŞ-dən olan astrofizik, elmlər doktoru anonim şəkildə "ölümə yaxın təcrübəsini" bölüşüb. O, öldükdən 7 dəqiqə sonra yenidən həyata qaytarıldığını bildirib.

BAKU.WS "Daily Star" nəşrində dərc olunan materialı təqdim edir.

Alimin sözlərinə görə, özünü pis hiss etdikdən sonra təcili yardım çağırıb və xəstəxanaya yerləşdirilib. Xəstəxanada ona ürək tutması diaqnozu qoyulub. Daha sonra o, 7 dəqiqə davam edən klinik ölüm keçirib.

O qeyd edib ki, nə mələklər, nə də tunelin sonunda işıq görüb.

"Qara məkanda süzən üç oval ellips gördüm. Birinci ellipsin daxili və xarici səthində dağlar, çaylar, meşələr və buludlar var idi. Əvvəlcə onlar çox gözəl idi, amma sonra rəngləri solmağa başladı və sarımtıl çalara çevrildi", – deyə o danışıb.

Amerikalı alimin sözlərinə görə, daha sonra narahatedici görüntülər yaranıb. O, ikinci ellipsi görüb, ondan közərmiş dəmir parçaları qopurdu və guya metalın qoxusunu da hiss edirdi.

"Sonra mənzərə aydınlaşdı və üçüncü ellipsi gördüm. O, ən gözəl gün doğumu və ya gün batımına bənzəyən açıq çəhrayı və mavi buludlarla örtülmüşdü. Deyəsən, məhz o anda ürəyim yenidən döyünməyə başladı", – deyə alim əlavə edib.

O hesab edir ki, ölüm anında məhz bu mənzərəni görməsi təsadüfi deyil. Çünki huşunu itirməzdən əvvəl diqqətini müəyyən mövzuya cəmləmişdi. Həmin vaxt o, alman astronomu İohann Keplerin əsərlərini araşdırır və xüsusilə planetlərin orbitlərinin niyə dairə deyil, ellips formasında olması ilə maraqlanırdı.

Son xəbərlər