VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Yerevan şəhərindəki Razdan İstilik Elektrik Stansiyasının 5-ci blokunda qəza baş verib.

BAKU.WS “Armenian Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində Yerevanda işıqlar tamamilə sönüb. Bütün ölkədə də işıqların sönmə ehtimalı var.

Hadisədən sonra metro stansiyalarında qatarlar yolda qalıb. Hazırda sərnişinlərin təxliyyə edilməsi istiqamətində tədbirlər görülür.

Baş nazirin müavini Tiqran Avinyanın sözlərinə görə, rabitə və internetin fəaliyyətində ciddi problemlər yaranıb.

Hazırda fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Fərid ƏDALƏT
BAKU.WS