6.2 bal gücündəki zəlzələdən sonra lüks malikanələr satışa çıxarıldı
3 gün əvvəl İstanbulda yaşanan 6.2 bal gücündə zəlzələ malikanələrin satışa çıxarılmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, sözügedən hadisədən sonra Boğaz sahilində yerləşən lüks və dəbdəbəli malikanələr təcili olaraq satışa təqdim edilib. Sadəcə Boğaz sahilində 600 malikanə yerləşir.
Malikanələrin əksəriyyətinin 100-200 illik tarixi var. Onların bir çoxu 18-19-cu əsrlərdən inşa edilib.
Taxtadan və ənənəvi üsullarla tikilən bu evlər zamanla aşınmış vəziyyətə gəlib.
Zəlzələdən sonra alıcı marağı daha çox cənuba yəni, Bodrum, Alaçatı və Çeşmə kimi daha təhlükəsiz bölgələrə yönəlib.
Oxşar xəbərlər
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
ABŞ-nin Dövlət katibi Marko Rubio oktyabrın 30-31-də Atlanta şəhərində (Corciya ştatı) G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünü keçirəcək. BAKU.WS "Re...