555 milyon il yaşı olan qədim dəniz canlısı aşkarlandı
Alimlər Yer üzündəki ən qədim dəniz canlılarından birini kəşf ediblər. Bu canlının yaşı təxminən 555 milyon il olaraq qiymətləndirilir.
BAKU.WS xəbər verir ki, Florida Universitetinin tədqiqatçıları tərəfindən aşkar olunan bu orqanizmə Quaestio simpsonorum adı verilib. Mütəxəssislərin sözlərinə görə, bu canlı evolyusiyanın ilk mühüm əlamətlərini daşıyır - o, bədəninin sol və sağ hissələri arasında asimmetriyaya malikdir.
Quaestio simpsonorum həmçinin planetdə müstəqil hərəkət edə bilən ilk canlı hesab olunur. Onun ölçüsü o qədər kiçikdir ki, ovuca yerləşir. Forması sual işarəsini xatırladır və bu forma onun bədəninin iki hissəyə bölünməsini əks etdirir.
Alimlərin fikrincə, bu canlı dəniz dibində hərəkət edərək mikroskopik yosunlar, bakteriyalar və digər orqanizmlərlə qidalanıb, sanki "bioloji tozsoran" funksiyası yerinə yetirib.
Bu kəşf həyatın təkamülü və ilkin canlıların fəaliyyəti barədə elmi anlayışlara mühüm töhfə verir.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...