İlham Əliyev: Azərbaycan Çinlə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk.
BAKU.WS xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə bu ölkənin Yaranması Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir.
"Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir", - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını böyük struktura çevirməyi təklif edib
Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını daha tamhüquqlu institusional struktura çevirmək təklifi ilə çıxış edib. BAKU.WS report-a istinad...