Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını böyük struktura çevirməyi təklif edib
Özbəkistan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını daha tamhüquqlu institusional struktura çevirmək təklifi ilə çıxış edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sodi Safoyev Bakıda keçirilən "CAMCA 2026" Regional Forumunda çıxış edərkən bildirib.
Onun sözlərinə görə, regional əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiyanın cəlbediciliyinin artmasına kömək edir:
"Düşünürəm ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasını başqa bir institusional struktura - sadəcə Məşvərət Şurası deyil, daha böyük struktura çevirməyin vaxtı gəlib çatıb".
Oxşar xəbərlər
TDT Baş katibi: Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır
"Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır". BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi...