VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yazıçı və jurnalist Türki bin Əbdül Əziz əl-Yaser Səudiyyə Ərəbistanında işgəncələrə məruz qalaraq qətlə yetirilib. Bu barədə hüquq müdafiəçilərinə istinadla “New Khaleej” nəşri yazıb. Həmin məlumatı “Middle East Monitor” da dərc edib.

Mənbə qeyd edir ki, jurnalist həbsxanada Camal Xaşoginin qətlindən cəmi bir ay sonra öldürülüb.

Əl-Yaser 2017-ci ildə “Twitter”də gizli olaraq “Kashkool” hesabında məlumatlar yerləşdirdiyi üçün həbs edilmişdi. Həmin hesabda jurnalist vəzifəli şəxslər və kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını ifşa edirdi. Onun kimliyini “Twitter”in Dubaydakı ofisində Səudiyyə Ərəbistanından olan casuslar üzə çıxara bilmişdi. Mənbə əlavə edir ki, casuslar vəliəhd Səud əl-Kəhtaninin müşaviri ilə əlaqədə olublar. O, ölkənin İstanbuldakı baş konsulluğunda Xaşoginin qətli ilə bağlı istintaqla əlaqədar istefaya göndərilmişdi.

Xatırladaq ki, Camal Xaşogi oktyabrın 2-də qətlə yetirilib. Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalistin ölümünü qətldən yalnız 18 gün keçdikdən sonra etiraf etmişdi. Bundan bir az da sonra səudiyyə baş prokuroru 59 yaşlı jurnalistin qətlinin əvvəlcədən hazırlanmış olduğunu bildirdi. Türkiyə rəsmilərinin iddiasına görə, jurnalist öldürüldükdən sonra parçalanıb və turşu məhlulunda həll edilib.

BAKU.WS