İşgəncə ilə öldürülən səudiyyəli jurnalistin meyitini tapdılar
Səudiyyə Ərəbistanlı jurnalist, “Vaşinqton Post” qəzetinin əməkdaşı Camal Haşoqqinin meyiti tapılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə siyasətçisi, Vətən Partiyasının sədri Doğu Perinçek “RİA Novosti” agentliyinin əməkdaşına məlumat verib. Onun sözlərinə görə, jurnalistin meyitini Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunun ərazisindəki quyuda tapıblar.
“Mənə xəbər verdilər ki, təhlükəsizlik xidmətinin əməkdaşları Camal Haşoqqinin meyitini tapıblar. Meyiti Ərəbistanının İstanbuldakı baş konsulluğunun yaxınlığındakı bağın quyusundan aşkarlayıblar”, - deyə Doğu Perinçek bildirib.
Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar.
Ziya SƏCCADBAKU.WSOxşar xəbərlər
Konsulluqda qətlə yetirilən Haşoqqinin nişanlısını Türkiyə qoruyacaq
İstanbul Valiliyi 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının Baş Konsulluğunda qətlə yetirilən "Washington Post"un yazarı Cemal Haşoqqinin nişanlısı Hatice Ceng...