SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib.

Baş nazir vəzifəsinə yeganə namizəd, “Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyan çıxış edib və deputatların çoxsaylı suallarını cavablandırıb.

Sonra səsvermə keçirilib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.

Beləliklə, Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib. Qanuna əsasən 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

BAKU.WS