SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Adıyaman şəhərinin Samsat rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, saat 03:34 radələrində meydana gələn zəlzələ Adıyamanın ətraf ərazilərində də hiss olunub. Əhalinin yatdığı zaman baş
verən zəlzələ böyük çaxnaşmaya səbəb olub. Rayon mərkəzində və ona bağlı kəndlərdə bəzi binalar zərər görüb.

Zəlzələ zamanı 13 adam yaralanıb. Bununla yanaşı 200-dən çox xırdabuynuzlu heyvan tələf olub. 2 ev yaşanmaz hala gəlib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS