SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin "Zeytun budağı" əməliyyatında dastan yazan Bordo Berelilər yenidən bölgəyə qayıdır.

BAKU.WS-in məlumatına görə, xüsusi təyinatlılar PYD/PKK terrorçularına qarşı döyüşüb Şeyx Xoruz dağını nəzarətə götürmüş və Azad Suriya Ordusuna təhvil vermişdi. Ancaq həmin bölgə yenidən terrorçuların nəzarətinə keçdiyi üçün Bordo Berelilər əraziyə göndərilib. 

Yüksək rütbəli hərbçi Milliyyet-ə açıqlamasında terrordan təmizlənən bölgələrin geri verilməməsi üçün xüsusi iclas keçirildiyini bildirib. Alınan ərazilərdə çox az qüvvənin saxlanılması çox sayda terrorçunun həmin bölgələrə yenidən hücum etməsi ilə nəticələnir. Məhz bu səbəbdən də keçirilən iclasda türk komandirlər yeni qərar qəbul edib.

Qərara əsasən Bordo Berelilər terrorçuların nəzarətinə keçən ərazilərə "Silmə əməliyyatı" adlı yeni əməliyyat həyata keçirir. Artıq gecə ilə komandolar bölgədə döyüşə başlayıb və 2 kənd terrorçulardan təmizlənib. Gün ərzində əməliyyatın davam etdirilməsi planlaşdırılır. 

Şahin
BAKU.WS