36 yaşlı aktrisa 14 gündür itkin düşüb

"Gossip Girl" serialının 36 yaşlı aktrisası Şanel Maya Banks itkin düşüb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 14 gündür ailəsi ondan xəbər ala bilmir. Aktrisa sonuncu dəfə oktyabrın 31-də Los-Ancelesdə görülüb.
O bir ilə yaxındır ki həhyat yoldaşı ilə "Playa Vitsa" adlı bölgədə bina evində yaşayırdı.

Aktrisanın yoxluğunu ilk olaraq qonşuları bilib. Onun avtomobili binanın həyətində, iti isə evində qalıb.
Qohumlarının məlumatına görə, o iki gündən bir ailəsi ilə telefon vasitəsilə danışırmış.
Bəzi mənbələrdən verilən məlumata görə isə Maya Banks son zamanlar depressiyada olub. Onun tək qalmaq üçün hamıdan uzaqlaşdığı da ehtimallar arasındadır.

Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
