25 yaşlı rəqqasə klubda şou zamanı qəfil ölüb
Rusiyada, "Moskva Siti" biznes mərkəzindəki gecə klubunda Türkiyədən gələn rəqqasə şou zamanı infarkt keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə MK.RU portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hər şey Federasiya Qülləsində yerləşən Hefner müəssisəsində baş verib. 25 yaşlı qız işə gəlib və soyunub-geyinmə otağında tamaşaya hazırlaşmağa başlayıb. Bir müddət sonra özünü pis hiss etdiyindən şikayətlənib. Ardınca rəqqasənin halı daha da pisləşib.
Həmkarları kluba həkim briqadası çağırsalar da, rəqqasəni həyata qaytara bilməyiblər. Qızın Moskvada qeydiyyatsız yaşadığı üzə çıxıb.
Oxşar xəbərlər
İranda edam dalğası: Hər iki saatda bir nəfər asılıb
Son bir ayda İranda edam hökmlərinin icrası kəskin artıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRAN...