Bu ərazilərə zəlzələ XƏBƏRDARLIĞI edildi: 9 bal gücündə...
18
avq
2024
22:15
Seysmoloqlar 24 saat ərzində Kamçatkada daha güclü zəlzələ olacağı barədə xəbərdarlıq ediblər.
BAKU.WS rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun mütəxəssisləri məlumat yayıb.
Seysmoloqlar Petropavlovsk-Kamçatski, Yelizovo, Vilyuçinsk və Ust-Kamçatsk kəndində 9 bala qədər güclü zəlzələ ehtimalının artdığını açıqlayıblar.
Onların sözlərinə görə, uzadılmış seysmik boşluğun bir hissəsi olan Avaça körfəzi ərazisində 8,5-8,7 bal gücündə də zəlzələ ola bilər.
Oxşar xəbərlər
Rusiyanın müdafiə nazirliyinə yeni namizəd olan Andrey Belousov kimdir?
2024-cü il mayın 12-də Rusiya prezidenti Vladimir Putin müdafiə naziri vəzifəsinə Andrey Belousovun namizədliyini irəli sürüb. BAKU.WS xəbər verir ki, bu barədə...