Rusiyada 6,9 bal gücündə zəlzələ oldu

Rusiyada 6,9 bal gücündə zəlzələ oldu
Siyasət 154

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərindən 44 km aralıda 6,9 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS-in TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin ərazi üzrə idarəsinin mətbuat xidməti bildirib.

Məlumata görə, zəlzələ 5-6 bal gücündə hiss olunub. Yeraltı təkanların ocağı 100 kilometr dərinlikdə yerləşib.

Ölənlər və dağıntılar barədə məlumat verilməyib.

Xilasedicilərdən və yanğınsöndürənlərdən ibarət əməliyyat qrupları Petropavlovsk-Kamçatski və Vilyuçinski şəhər rayonlarında və Elizovski bələdiyyəsində binalara baxış keçirirlər.

Oxşar xəbərlər

Son xəbərlər