Hindistan Çini heçə saydı, Qlobal Cənub sammitinə dəvət etmədi
Hindistanın təşkil etdiyi Qlobal Cənubun Səsi virtual sammitinə Çin dəvət olunmayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar məlumat verib.
O bildirib ki, onlayn sammitdə ümumilikdə 123 ölkə iştirak edib.
"21 dövlət başçısı, 118 nazir və 34 xarici işlər naziri, o cümlədən beş çoxtərəfli inkişaf bankı iştirak edib" , - Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
O, əsas mövzunun "dayanıqlı gələcək üçün qlobal Cənubun gücləndirilməsi" olduğunu əlavə edib.
Xatırladaq ki, Hindistan avqustun 17-də Qlobal Cənubun Səsi üçüncü onlayn sammitinə ev sahibliyi edib. Tədbiri Baş nazir Narendra Modi açıb və iştirakçıları sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək BMT-nin Gələcək Sammitində vahid cəbhədən çıxış etməyə çağırıb.
Qeyd edək ki, Qlobal Cənub ölkələrinə şərti olaraq Afrika, Latın Amerikası, Karib hövzəsi, Sakit Okean adaları və Asiyanın inkişaf etməkdə olan ölkələri daxildir.
Oxşar xəbərlər
ABŞ Latın Amerikası və Karib ölkələrinə humanitar yardım üçün 485 milyon dollar vəsait ayıracaq
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Latın Amerikası və Karib hövzəsi ölkələrinə 485 milyon dollar humanitar yardım ayıracaq. “Report” xəbər verir ki,...