ABŞ Latın Amerikası və Karib ölkələrinə humanitar yardım üçün 485 milyon dollar vəsait ayıracaq
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Latın Amerikası və Karib hövzəsi ölkələrinə 485 milyon dollar humanitar yardım ayıracaq.
“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.
“Prezident Bayden Amerika Tərəfdaşlığı liderlərinin görüşündə Latın Amerikası və Karib hövzəsi ölkələrindəki məcburi köçkünlər, eləcə də Venesueladakı siyasi və iqtisadi böhrandan təsirlənən insanlar da daxil olmaqla, Qərb yarımkürəsindəki qaçqınlar, miqrantlar və əhalinin digər həssas qruplarının ehtiyaclarını ödəmək üçün təxminən 485 milyon dollar humanitar yardım ayrılacağını elan edib”, - A.Blinken deyib.
ABŞ dövlət katibi qeyd edib ki, son iki ildə ABŞ Qərb yarımkürəsindəki ölkələrə 2,1 milyard dollardan çox humanitar yardım edib və bununla da Vaşinqton regionda ən böyük yardım donoru olub.
Oxşar xəbərlər
Bayden Konqresdən Ukrayna və İsrail üçün 106 milyard dollar istəyib
ABŞ prezidenti Cozef Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sor...