G20-nin onlayn formatda sammiti keçiriləcək
30
okt
2023
19:44
Noyabrın 22-də "İyirmilik Qrupu"nun (G20) onlayn sammiti keçiriləcək.
"Report" TASS-a istinadən xəbər verir ki, sammitə Hindistan ev sahibliyi edəcək.
Daha əvvəl Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi bildirib ki, Yeni Delhi artıq G20 onlayn sammitinə mümkün qədər çox liderin iştirakı üçün dəvətlər göndərib.
Xatırladaq ki, sentyabrın 9-10-da Yeni Delhidə baş tutan G20 sammiti zamanı Hindistanın Baş naziri Narendra Modi noyabrda qrup liderlərinin virtual formatda görüşünün keçirilməsini təklif edib.
Oxşar xəbərlər
Modi niyə G20 liderlərinə pambıq şərflər hədiyyə edib?
Hindistanın Baş naziri Narendra Modi bazar günü Yeni Dehlidə dünya liderlərinə əl ilə toxunmuş şərf hədiyyə edib. Ancaq bu, sıradan bir hədiyyə deyildi. Bu, ölk...