Atatürkün plakatına görə səhnəyə çıxmayan yunan müğənni danışdı - FOTO/VİDEO

Atatürkün plakatına görə səhnəyə çıxmayan yunan müğənni danışdı - FOTO/VİDEO
Video
Siyasət 215

Yunan müğənni Despina Vandi Çeşmədəki konsertində səhnəyə çıxmamağı ilə bağlı ilk dəfə açıqlama verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi təşkilatçıların tədbiri konsertə çevirdiyini, daha sonra isə özlərini ləğv etdiyini deyib:

Atatürkün plakatına görə səhnəyə çıxmayan yunan müğənni danışdı - FOTO/VİDEO

"Həmin gün keçirilməsi planlaşdırılan konsertdə məni şərəfləndirəcək tamaşaçı kütləsinə böyük hörmətlə bildirirəm ki, Türk Təhsil Fondu tədbiri "konsert"ə dəyişmək, daha sonra onu ləğv etmək və xoşagəlməyən siyasi yanaşma nümayiş etdirmək qərarına gəldiyi üçün bu tədbirdə iştirak edə bilmədim".

Xatırladaq ki, Türkiyədə konsert verməli olan Yunan müğənni Despina Vandi səhnəyə çıxmaqdan imtina edib. Vandi səhnəyə çıxmaq üçün türk bayrağı və Türkiyənin qurcususu Mustafa Kamal Atatürkün posterlərinin səhnədən endirilməsinin tələb edib.

Son xəbərlər