Müğənni Atatürkün plakatı olan zalda səhnəyə çıxmaqdan imtina etdi, tələbi rədd edildi - VİDEO

Türkiyədə konsert verməli olan Yunan müğənni Despina Vandi səhnəyə çıxmaqdan imtina edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmir şəhərinin Çeşme kurort mərkəzində təşkil edilən konsert başlamadan bitib.
Vandi səhnədən türk bayrağı və Türkiyənin qurcususu Mustafa Kamal Atatürkün posterlərinin səhnədən endirilməsinin tələb edib.
Sənətçinin bu xahişi yerinə yetirilməyib.
O da səhnəyə çıxmaqdan imtina edib.
Çeşme bələdiyyə sədri Lal Denizli, yunan müğənninin bu addımındam sonra açıqlama verib.
"Heç bir qüvvə nə bayrağımızı, nə də Atatürkün plakatını endirməyə cəsarət edə bilməz. O, bunu düşünə bilməz. Xanımı bu şəhərin sərhədlərini dərhal tərk etsin!" - deyə bələdiyyə sədri qeyd edib.
Konsertə bilet alanların pulu olduğu kimi geri qaytarılacaq.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
