Bu qadınlar Sankt-Peterburqda ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər
Rusiyada Ukrayna müharibəsində iştirak edən hərbçilərin həyat yoldaşları Sankt-Peterburqda ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.
BAKU.WS xəbər verir ki, bu barədə şəhər qubernatoru yeni fərman imzalayıb.
"Biz müharibə iştirakçılarının xanımlarını pulsuz nəqliyyatla təmin etmək qərarına gəlmişik. Bu gün onların həyat yoldaşları ən çətin durumdadır. Komandirlər və əsgərlər əmin olmalıdırlar ki, onların ailələrinə qayğı göstərilir", - deyə müraciətdə qeyd ounub.
Bu hüquq, həmçinin xüsusi hərbi əməliyyat iştirakçılarının dul xanımlarına yenidən ailə qurana qədər şamil edilir.
Güzəşt tramvay, avtobus, trolleybus və metroda keçərlidir
Oxşar xəbərlər
Putinin Dövlət Şurasının katibi təyin etdiyi Dyumin kimdir? - DOSYE
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin köməkçisi Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin olunması barədə fərman imzalayıb. Bu barədə Kremlin mə...