Reşfordun sürücülük vəsiqəsini əlindən aldılar
19
iyl
2024
06:27
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Markus Reşford sürət həddini aşdığı üçün sürücülük hüququndan məhrum edilib.
BAKU.WS The Sun-a istinadən xəbər verir ki, futbolçu trassda avtomobili 167 km/saat sürətlə idarə edib. O 1970 funt-sterlinq məbləğində cərimələnərək 6 ay müddətinə avtomobil sürməkdən məhrum edilib.
Qeyd edək ki, Reşford ötən mövsüm klubun forması ilə çıxdığı 43 matçda 8 qol vuraraq 5 də məhsuldar ötürmə vermişdi. Onun "M.Y." ilə müqaviləsi 2028-ci ilin yayınadəkdir.
Oxşar xəbərlər
Devid Bekhem saxtakarlara qarşı 1 milyardlıq hüquqi prosedur başladıb - FOTO
Keçmiş ingilis futbolçu Devid Bekhem şəxsi brendinin saxta versiyasını yaradanlara qarşı 1 milyard funt-sterlinq dəyərində hüquqi prosedur başladıb. BAKU.WS xə...