Devid Bekhem saxtakarlara qarşı 1 milyardlıq hüquqi prosedur başladıb - FOTO
Keçmiş ingilis futbolçu Devid Bekhem şəxsi brendinin saxta versiyasını yaradanlara qarşı 1 milyard funt-sterlinq dəyərində hüquqi prosedur başladıb.
BAKU.WS xəbər verir ki, 59 yaşlı ulduz geyim, parfüm, aksessuar və günəş eynəyi kimi əşyalara şəxsi adını verərək öz markasını yaradıb.
Hazırda isə Asiya ölkələri də daxil olmaqla, bir çox dövlətlərdə onlayn satış səhifələri Bekhemin brendinin saxtasını yaradaraq satmağa başlayıb.
"The Sun" qəzetinin yaydığı məlumata əsasən, keçmiş futbolçu bu proseduru qazansa 492 saxtakar satıcıdan ümumilikdə 1 milyard funt-sterlinq alacaq.
Xatırladaq ki, ötən ay Bekhem 240 milyon funt-sterlinq tələbi ilə başlatdığı hüquqi prosesi qazanmışdı.
Oxşar xəbərlər
Devid Bekhem markasının saxtasını yaradanlardan 352 000 aldı - FOTO
Son zamanlar sosial şəbəkə paylaşımları ilə diqqət çəkən keçmiş futbolçu Devid Bekhemdən xəbər var. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, idmançı bir...