Yeni Baş nazir pişiyini iqamətgahına aparacaq

Yeni Baş nazir pişiyini iqamətgahına aparacaq
Siyasət 319

Britaniyanın yeni baş naziri Kir Starmer öz pişiyi Co-Conu öz iqamətgahına aparacaq.

BAKU.WS unikal-a istinadən xəbər verir ki, iqamətgahdakı 17 yaşlı pişik Larrinin yeni sakinə necə reaksiya verəcəyi müzakirə edilir.

Larri iki il əvvəl iqamətgahın ərazisindən iri tülkü qovmuşdu və şöhrət qazanmışdı. Bundan əvvəl isə Larri dörd il ərzində Xarici İşlər Nazirliyinin keçmiş siçan tutan pişiyi Palmerstonla rəqabətdə olub.

Son xəbərlər