Evdə 159 pişiyi olan cütlüyə ev heyvanı saxlamaq qadağan edildi - FOTO

Evdə 159 pişiyi olan cütlüyə ev heyvanı saxlamaq qadağan edildi - FOTO
Siyasət 3

Fransalı cütlük evlərində 159 pişik və 7 iti əlverişsiz şəraitdə saxladıqları üçün 1 il həbs cəzasına məhkum edilib və onlara heyvan saxlamaq da qadağan olunub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin Nitsa şəhərində qeydə alınıb.

Belə ki, bir cütlük 80 kvadratmetrlik mənzillərində 159 pişiyi və yeddi iti bəsləməyə başlayıb.

2023-cü ildə heyvanların çirkab içində yaşadığı, çoxunun susuz qaldığı, qida çatışmazlığından əziyyət çəkdiyi və ya parazitlərə yoluxduğu aşkar edilib.

Cütlük barəsində istintaq başladılıb.

Hakimin qarşısına çıxan cütlüyün heyvanlara düzgün qulluq etmədiyinə qərar verilib.

68 yaşlı qadın və 52 yaşlı kişiyə ev heyvanları saxlamaq həmişəlik qadağan edilib.

Onlar həmçinin heyvanların hüquqları ilə bağlı xeyriyyə təşkilatlarına 150 min avrodan çox pul ödəməyə məcbur ediliblər.

Pişik və itlərdən bəziləri səhhətləri pis olduğundan sonradan ölüblər.

Müstəntiqlər vanna otağında ən azı iki pişik və iki itin cəsədi tapıblar.

Son xəbərlər