Yaponiya və Britaniyanın baş nazirləri Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
06
iyl
2024
20:59
Yaponiyanın Baş naziri Fumio Kişida Böyük Britaniya hökumətinin yeni rəhbəri Kir Starmer ilə ilk telefon danışığı zamanı Ukrayna, Yaxın Şərq və digər aktual mövzuları müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Tərəflər G7 çərçivəsində əməkdaşlıqdan əlavə, regional məsələlər, o cümlədən Ukrayna, Yaxın Şərq və Şərqi Asiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri Kiyevə gedib - FOTO/VİDEO
Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə qeyri-rəsmi səfər edib. BAKU.WS xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb. Bildirilib ki, Baş nazir prez...