Paşinyan: Ermənistanda demokratiyanın keyfiyyətindən narazıyıq
01
iyl
2024
14:28
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə demokratiyanın keyfiyyətindən narazı olduğunu bəyan edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, bunu “Demokratiya uğrunda Ermənistan forumu”nda çıxışı zamanı deyib.
“Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində seçkilər kifayət qədər siyasiləşdirilməyib”, - o bildirib.
Baş nazir qeyd edib ki, söz və mətbuat azadlığı ictimaiyyət tərəfindən sui-istifadə olunmamalıdır: “Bizim üçün demokratiya strategiyadır və hökumət bu strateji yolu davam etdirəcək”.
Oxşar xəbərlər
Türkiyədə bələdiyyə seçkilər başlayıb
Türkiyədə yerli seçkilər başlayıb. Bu seçki yarışmasında 81 el (şəhər), 973 elçə (rayon) və 390 bəldənin (qəsəbə) bələdiyyə sədri və 50 min 336 məhəllə muxtarı,...