Hakan Fidan: NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyirik
26
iyn
2024
17:51
NATO-nun terrora qarşı mübarizədə ciddi addımlar atmasını gözləyirik.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Varşavada Rumıniya və Polşadan olan həmkarları ilə birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə illərdir terrora qarşı mübarizə aparır: “Biz müttəfiqlərimizdən də verilən sözlərin üstündə qalmasını gözləyirik”.
H.Fidan, həmçinin Ukraynadakı müharibə barədə danışıb: “Bizim üçün müharibənin bitməsinin ən yaxşı yolu diplomatiyadır”.
Oxşar xəbərlər
NATO-nun Avropadakı ən böyük hərbi bazası bu ölkədə tikilir
Avropada NATO-nun ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci aviabazasının genişləndirilməsi nəticəsində hərbi ba...