SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazaxıstanın qərbində yerləşən Mangistau vilayətinin hüquq-mühafizə orqanlarının əməkdaşları neft-qaz sahəsində fəaliyyət göstərən beş şirkətdə yoxlama aparıblar. 

Aparılan araşdırma zamanı 1 milyard təngə (3,6 milyon manat) məbləğində mənimsəmə aşkar edilib.

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

"Məlum olub ki, TƏŞ "Oil Transport Corporation" (AO "KazMunayGaz"ın törəmə müəssisəsi) tərəfindən təchizatçıdan texniki xüsusiyyətlərə uyğun olmayan avtobuslar 1,5 milyard təngədən (5,4 milyon manat) çox məbləğə qəbul edilib. Bununla belə, onların dəyəri 400 milyon təngə ($857 min - ) həddində şişirdilib. İstifadə olunmayan xüsusi texnika üçün 110 milyon təngə (396 min manat) məbləğində pul vəsaitlərinin köçürülməsi faktları aşkar edilib", - deyə məlumatda qeyd olunur.

"West Oil Software" müəssisəsində ("Oil Transport Corporation"ın podratçısı) işə götürülməyən şəxslərə 400 milyon təngədən (1,4 milyon manat) çox məbləğdə əmək haqqının əsassız olaraq hesablandığı, o cümlədən şirkət rəhbərliyinin yaxın qohumlarına əmək haqqının ödənilməsi faktları da aşkar edilib.

Xüsusilə böyük miqdarda əmanət edilmiş əmlakın mənimsənilməsi və ya israf edilməsi maddəsi üzrə beş cinayət işi açılıb. İstintaqdan əvvəlki araşdırma çərçivəsində qeyd olunan təşkilatların dörd rəhbər işçisi həbs edilib.

BAKU.WS