SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktrisa Cessika Alba 16 illik evliliyinin sirrini açıqlayıb.

BAKU.WS xəbər verir ki, o bu barədə iştirak etdiyi "Trigger Warning"in qala gecəsində danışıb.

O həyat yoldaşı Keş Uorrenlə uzun illər evli olmasınınn həyatda düzgün insanı seçməsi ilə əlaqələndirib:

"Bu, həqiqətən, seçim etməli olduğunuz bir şeydir...

Bir-birinizə vaxt ayırmaq üçün imkan yaratmalısınız. Hər gün eyni şeyləri yaşayırıq, amma prioritetlərimizi müəyyənləşdirmək, bir-birimizi görmək, gülmək, telefonla danışmamaq və həqiqətən əlaqə qurmaq üçün bu anları ayırmaq çox vacibdir".

Xatırladaq ki, Cessika Keşlə 2005-ci ildə "The Fantastic Four" filminin çəkilişləri zamanı tanış olublar.

Cütlük 2008-ci ildə Los Ancelesdə sadə məclislə alə qurub. Onların 16 yaşında Honor adlı, 12 yaşında Haven adlı qızları, 6 yaşında isə Hayes adlı oğlu var. 

BAKU.WS