SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan Fransa ilə "Caesar" özüyeriyən haubitsaların satın alınmasına dair müqavilə imzalayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat yayıb.

İrəvana göndəriləcək özüyeriyən haubitsaların sayı və müqavilənin məbləğinə dair məlumat açıqlanmayıb.

Qeyd edək ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Ermənistan və Fransa arasında hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub.

Xatırladaq ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.

BAKU.WS