Dilan Polat vəkili ilə yollarını ayırıb - FOTO
Ötən ilin noybrında həbs olunan türkiyəli fenomen Dilan Polat vəkili Hüseyin Kaya ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə qərarını sosial media hesabından açıqlayan Dilan Polat Kayaya göstərdiyi səylərə görə təşəkkür edib.
Polat paylaşımında bu ifadələrdən istifadə edib: "Vəkil Hüseyn Kaya ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Ona göstərdiyi zəhmətə görə təşəkkür edir, peşə həyatında uğurlar arzulayırıq. Hörmətlə ictimaiyyətə açıqlanır".
Xatırladaq ki, 1 noyabr 2023-cü il tarixində mərkəzi İstanbul olan 6 vilayətdə həyata keçirilən əməliyyatlarda aralarında Dilan Polat və əri Engin Polatın da olduğu 24 şübhəli saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Polat cütlüyü hakim qarşısında: Dilan qızını görən kimi ağlamağa başladı - FOTO
Ötən ilin noyabr ayında saxlanılan Dilan və Engin Polat cütlüyü məhkəmə qarşısına çıxarılan zaman duyğusal anlar yaşanıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər...