İtaliyada yağış və sel həyatı iflic etdi - VİDEO
17
may
2024
12:59
İtaliyanın şimalındakı Emiliya-Romanya, Lombardiya və Veneto bölgələrində güclü yağışlar nəticəsində daşqınlar baş verib.
BAKU.WS xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadası 15 nəfərin həyatını itirdiyini açıqlayıb.
Məlumata görə, briqadalar 3 bölgədə fəaliyyətlərini davam etdirir:
“Mayın 16-dan fövqəladə vəziyyətin sonuna qədər fasiləsiz işləyən Milli Korpusun hava qüvvələri tərəfindən 300-dən çox xilasetmə əməliyyatı həyata keçirilib. 6-sı uşaq, biri hamilə qadın olmaqla ümumilikdə 12 nəfər xəstəxanaya yerləşdirilib".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...