SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən Ermənistan vətəndaşları traktorlarla Yexeqnadzor şəhəri yaxınlığında Ermənistan-İran dövlətlərarası avtomobil yolunun hərəkətini bağlayıblar.

Bu barədə “Vətən uğrunda Tavuş” siyasi hərəkatının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl hərəkat etirazçıların İrəvan-Gümrü yolunu bağladıqları barədə məlumat verib.

Xatırladaq ki, aprelin 25-də yüzlərlə erməni Ermənistanın rayonlarında və paytaxtında küçə və magistral yolları bağlayaraq, Azərbaycanla sərhədin birtərəfli delimitasiyasına etiraz ediblər.//Oxu.az

BAKU.WS
VİDEO