SİZİN REKLAM BURADA!
055 213 76 73


Müge Anlının "Tatlı Sert" verilişində baş verənlər bütün Türkiyəni bir daha heyrətə gətirib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, 29 yaşlı qadın 19 yaşlı ögey oğlu ilə birlikdə qaçıb.

Canlı yayıma qatılan qadın iddiaların doğru olduğunu etiraf edib.

Qadının zərərçəkmiş həyat yoldaşı Umut yaşadıqlarını göz yaşları içində izah etdi.

"Düşmənlərimdən belə bu pisliyi gözləməzdim. İlk evliliyimdən Mustafa Yitik və 9 illik həyat yoldaşım Tuğçe Akpençe birlikdə qaçıblar. Onlar bu planı 1 il əvvəl qurmağa başlayıblar. Tuğçe məni boşanmağa razı saldı. Dedi ki, boşansaq, kosmetika mağazası açıb qadınların dəstəyindən yararlanacağıq.

Biz ancaq kağız üzərində boşanmışıq. Lüləburqazda hər kəs buna şahiddir. Mənim ağlıma belə bir şey gəlmədiyi üçün kiçik qızım anaya verildi. Daha sonra 10 aydır birlikdə olduqlarını və bir-birlərinə aşiq olduqlarını öz sözləri ilə etiraf ediblər. Çox acınacaqlı vəziyyətdir. Bəs bu qadın bu adamdan hamilə qalsa, arvadım nəvəmi dünyaya gətirəcək?" - deyə o bildirib.

BAKU.WS