Müge Anlının verilişində qorxulu anlar - Studiyaya çağırılan şəxs bıçaqla gəldi - VİDEO
Aparıcı Müge Anlının verilişində xoşagəlməz hal yaşanıb.
BAKU.WS xəbər verir ki, itkin düşən Döndü Boztepe adlı qadının yaxınları onun tapılması üçün verilişə müraciət edib. Bu zaman şübhəli olaraq verilişə çağırılan Mehmet kanala bıçaqla girməyə çalışıb.
Mühafizəçilər kişinin bıçağını alaraq efirə buraxıblar. Proqram zamanı Mehmetin kanala bıçaqla daxil olmaq istədiyini bilən Müge Anlı çox təəccüblənib.
O, bıçağı əlinə alaraq, “Haradan tapdın bu bıçağı sənə bunu kim satdı?”, - deyə sual verib.
Xatırladaq ki, 78 yaşlı Döndü Boztepe bir müddət əvvəl dişlərini və qızıllarını evdə qoyaraq itkin düşüb. Üç oğlu ondan bir xəbər ala bilmir.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...