SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı müğənni Lyubov Uspenskaya "İlin şansonu 2024" mərasimində "Sila moya so mnoy" (“Mənim gücüm mənimlədir”) mahnısına görə "Qızıl qarğa" mükafatını alıb.

Kompozisiya Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın şeiri əsasında hazırlanıb.

Bu, artıq Zaxarova və Uspenskaya arasında üçüncü işbirliyidir. Bundan əvvəl “Səni çox sevdim” və “Dua” mahnılarının sözlərini Xarici İşlər Nazirliyinin nümayəndəsi yazmışdı.

Aprelin 20-də Moskva vilayətində “İlin Şansonu 2024” mərasimi keçirilib. Konserti rok musiqiçisi Aleksandr Marşal və aktrisa Aleksandra Rebenok aparıblar.

Ötən ilin dekabrında Mariya Zaxarova milad mahnısı bəstələdiyini söyləyib. Zaxarova etiaf edib ki, bu işdə belaruslu həmkarı Anatoli Qlaz və İttifaqın dövlət katibi Dmitri Mezentsev də iştirak ediblər. Diplomat deyib ki, mətn təxminən 2,5 il əvvəl ortaya çıxıb. Bütün bu müddət ərzində o, uyğun musiqi yazmaq üçün həmmüəlliflər axtarıb.

BAKU.WS