SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail yaxın günlərdə Fələstinin radikal HƏMAS hərəkatına hərbi və siyasi təzyiqi artırmaq niyyətindədir.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəyə nail olmaq üçün yeganə yoldur", - o bildirib.

Netanyahu xatırladıb ki, 133 israilli hələ də Qəzza zolağında girov saxlanılır. Onun sözlərinə görə, HƏMAS nümayəndələri onların azad edilməsi ilə bağlı bütün təklifləri qəti şəkildə rədd etməkdə davam edirlər.

BAKU.WS