"İsrail HƏMAS-a təzyiqi artıracaq" - Benyamin Netanyahu
21
apr
2024
22:10
İsrail yaxın günlərdə Fələstinin radikal HƏMAS hərəkatına hərbi və siyasi təzyiqi artırmaq niyyətindədir.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəyə nail olmaq üçün yeganə yoldur", - o bildirib.
Netanyahu xatırladıb ki, 133 israilli hələ də Qəzza zolağında girov saxlanılır. Onun sözlərinə görə, HƏMAS nümayəndələri onların azad edilməsi ilə bağlı bütün təklifləri qəti şəkildə rədd etməkdə davam edirlər.
Oxşar xəbərlər
İsrail ordusu Qəzza zolağında Həmas liderinin evini mühasirəyə alıb
Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvarın evini mühasirəyə alıb. BAKU.WS AZƏRTAC-a...