SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyada ilk dəfə olaraq böyük şəhər skuterdən istifadəni qadağan edib.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

Gələn həftə sonundan etibarən Gelzenkirxen şəhərinin küçə və səkilərində skuterdən istifadəyə icazə verilməyəcək.

Şəhər bələdiyyəsi skuterlərin şənbə gününə qədər yığılmasını istəyib.

İcarə skuter təklif edən şirkətlər qadağaya qarşı məhkəmə iddiası qaldırıb. Lakin Gelzenkirxen İnzibati Məhkəməsi hələlik bələdiyyənin xeyrinə qərar çıxarıb.

Məhkəmə qadağanın qanuni olduğuna və şəhərdə cəmi 350 skuterin ən geci şənbə gününə qədər yığışdırılacağına qərar verib.

Bununla belə, skuterlərin şəxsi istifadəsi davam edəcək.

BAKU.WS